Səhiyyənin intellektual idarə olunması proekti
Qeydiyyat Giriş
13/06/2016 22:53

Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat elektron xidməti istifadəyə verildi

Yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, Elektron səhiyyə internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər.
 
Bunun üçün uşağın valideynləri esehiyye.az saytının Elektron xidmətlər bölməsinə daxil olub Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat xidmətindən istifadə edə bilərlər.
 
Hal-hazırda Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat elektron xidmətinə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.
 
Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi 1 iyun 2016-cı il tarixindən nəzərdə tutulub.
profikatik tədbirlər
Cəmi şərh sayı - 0

Log In



Şifrəmi unutdum

Şifrəmi unutdum

Sifarişi tamamla